Füzuli İcra Hakimiyyətində Kadr Dəyişikliyi: Başçı Köməkçisi İşdən çıxarıldı

News Image

Füzuli Rayon İcra Hakimiyyətində gözlənilməz kadr dəyişikliyi baş verib. İcra başçısının köməkçisi vəzifəsindən azad edilib.

Əldə edilən məlumata görə, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev müvafiq əmr imzalayıb.

İmzalanmış əmrə əsasən, İlkin Əmirli icra başçısının köməkçisi vəzifəsindən azad olunub.

Xatırladaq ki, bu, son zamanlar Füzuli Rayon İcra Hakimiyyətində baş verən ilk kadr dəyişikliyi deyil. Bir müddət əvvəl icra başçısı Alı Alıyev öz müavini Gülbahar Eyvazovanı da vəzifəsindən azad etmişdi.