Deputat: Azərbaycan Gəncliyi Milli-mənəvi Dəyərlərə Sadiqliyi Ilə Seçilir

News Image

Gənclər cəmiyyətin hərəkətverici qüvvəsidir. Sağlam düşüncəli və təfəkkürlü gənclərə hər zaman böyük ehtiyac var. Milli gəncliyimizin Azərbaycan cəmiyyətinin inkişafında rolu əvəzsizdir. Deputat Müşfiq Cəfərov bildirib ki, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilir.

O qeyd edib ki, gənclərimiz vətənpərvərlik hissləri ilə seçilir. Torpaqlarımızın azad edilməsində canlarını fəda edən gənclərimiz nümunədir. 44 günlük Vətən müharibəsi gənclərimizin vətənə bağlılığını göstərdi. Qarabağı görməyən gənclərimiz Ali Baş Komandanın əmri ilə şücaət göstərdilər. Onlar torpaqdan vaz keçməyəcəklərini sübut etdilər. Biz onlarla qürur duyuruq. Bu işin görülməsi uzun müddət tələb edib.

1