Belçikanın sabiq baş naziri İv Leterm XIII Qlobal Bakı Forumunda çıxış edərək, Azərbaycanın Avropa İttifaqı (Aİ) üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycanın regionda sabitlik adası olduğunu və Aİ-nin diqqətini cəlb etməli olduğunu bildirib.
İv Leterm, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi inkişaf üçün böyük potensiala malik olduğunu qeyd edib. Onun sözlərinə görə, son 15-20 ildə Azərbaycanda əldə olunan nailiyyətlər heyranedicidir.
Sabiq baş nazir, Aİ-nin Azərbaycanla dialoq qurmasının vacibliyini vurğulayaraq, daxili işlərə müdaxilənin gələcək danışıqlar üçün qapıları bağladığını qeyd edib. O, bu cür müdaxilələrdən sonra enerji tədarükü üzrə yeni razılaşmalar əldə etməyin çətin olduğunu da əlavə edib.
İv Leterm Avropa ölkələrinin Azərbaycanın daxili işlərinə qarışaraq, eyni zamanda ondan qaz almaq istəmələrinin düzgün olmadığını bildirib və bunun maraqların dəyərlərdən üstün tutulduğu bir yanaşma olduğunu vurğulayıb.