Azərbaycan Xi̇n: İslamofobiya Qəbuledilməzdir, Yanlış Təqdimat Yolverilməzdir

News Image

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü münasibətilə bəyanat yayıb. Bəyanatda İslamofobiyanın, yəni insanların inancına görə ayrı-seçkiliyə və nifrətə məruz qalmasının insan ləyaqətini sarsıtdığı vurğulanıb.

XİN bildirib ki, bu cür qərəzli yanaşmanın cəmiyyətdə yeri yoxdur. Mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc yanaşı yaşamağın vacibliyi xüsusi qeyd olunub.

“İslam sülh, mərhəmət, ədalət və həmrəylik dəyərlərinə əsaslanır. İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir” – deyə XİN vurğulayıb. Nazirlik, dözümsüzlüyün bütün formalarına qarşı mübarizənin inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün zəruri olduğunu bildirib.

2