Azərbaycan və Avropa İttifaqı: Strateji Tərəfdaşlıq Yeni Mərhələdə
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri tərəflər arasında siyasi dialoqun yeni mərhələyə yüksəldiyini təsdiqlədi. Görüşlərdə regional vəziyyət, sülh prosesi, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin genişləndirilməsi müzakirə olundu.
Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin enerji resurslarından səmərəli istifadəsi ölkələri birləşdirən layihələrin uğurla həyata keçirilməsində öz əksini tapır. Cənub Qaz Dəhlizi layihəsi bunun bariz nümunəsidir. Prezident İlham Əliyev qeyd etdi ki, Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır, ümumilikdə isə bu rəqəm 16-ya çatıb. Bu, Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu artırır.
Dövlət başçısı regionda formalaşmış yeni geosiyasi reallıqlardan danışaraq, Ermənistanla sülh sazişinə nail olduqdan sonra daşımaların əhəmiyyətini vurğuladı. Azərbaycan Ermənistana neft məhsullarının təchizatına başlayıb və digər ölkələrdən Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb.
Prezidentlər siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində ortaq maraqlarını ifadə etdilər. Avropa İttifaqı “Qlobal Qapı” çərçivəsində daşımalar, dəmir yollarının müasirləşdirilməsi və TRIPP-in icrası üzrə Azərbaycanla əməkdaşlığa sadiqdir.
Tərəflər uzunmüddətli enerji tərəfdaşlığını xatırladaraq, Avropanın enerji təchizatının şaxələndirilməsində Azərbaycanın rolunu vurğuladılar. Bərpaolunan enerji
Bütün bunlar Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yeni mərhələyə daxil olduğunu göstərir. Münasibətlər çoxşaxəli və strateji əhəmiyyət daşıyır.