İranın Ali Liderindən yeni təyinat
İranın yeni Ali Lideri Ayətullah Müctəba Xamenei ölkənin hərbi rəhbərliyində mühüm bir addım ataraq general Möhsün Rzayini özünə müşavir təyin edib.
Möhsün Rzayi kimdir? 71 yaşlı general, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanıdır. O, uzun illər bu quruma rəhbərlik edib və İran-İraq müharibəsi zamanı hərbi əməliyyatların idarə olunmasında əsas fiqurlardan biri olub.
Bu təyinatla Müctəba Xamenei hərbi sahədə öz komandasını gücləndirməyi hədəfləyir. Rzayinin təcrübəsi və bilikləri ölkənin müdafiə strategiyasına töhfə verəcək.