Ağ Ev rəsmiləri ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatının müddəti ilə bağlı proqnozlarını açıqlayıb. Vaşinqtonun hesablamalarına görə, bu əməliyyat 4-6 həftə davam edə bilər.
Ağ Evin mətbuat katibi Kerolayn Livittin bildirdiyinə görə, Prezident və Pentaqon bu müddəti nəzərə alıblar. Livitt əlavə edib ki, hazırda əməliyyatın üçüncü həftəsi başa çatır.
Prezident Donald Trampın əməliyyatın tezliklə başa çatacağı ilə bağlı açıqlamalarına toxunan Livitt, bunun prosesin sürətlə yekunlaşacağı anlamına gəlmədiyini vurğulayıb.
Bununla belə, bəzi müşavirlər hələ də İran ərazisində quru əməliyyatının keçirilməsi variantını dəstəkləyirlər. Bu məsələ ilə bağlı müzakirələr davam edir.