Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, məşhur tarixçi professor İlber Ortaylının vəfatı ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.
Dövlət başçısı öz mesajında İlber Ortaylının vəfat xəbərini böyük bir kədərlə qarşıladığını ifadə edib. Ərdoğan, mesajında bunları qeyd edib:
“Dəyərli alim İlber Ortaylı hocamızın vəfatından dolayı dərin üzüntü içindəyəm. Mərhumun ailəsinə və bütün yaxınlarına başsağlığı arzu edirəm.”
Xatırladaq ki, uzun illərdir tarix elminə verdiyi dəyərli töhfələrlə tanınan İlber Ortaylı, Türkiyənin ən hörmətli tarixçilərindən biri sayılırdı. Onun elmi işləri və əsərləri geniş bir oxucu kütləsi tərəfindən böyük maraqla izlənilirdi.