Tanınmış rejissor Rauf Süleyman dünyasını dəyişib. Uzun illər Azərbaycan Televiziyasında fəaliyyət göstərən Rauf Süleyman 82 yaşında xəstəlik səbəbindən vəfat edib.
Qeyd edək ki, Rauf Süleyman Xalq artisti Ramiz Həsənoğlunun qardaşıdır. Onlar görkəmli teatrşünas Həsənağa Mirzəyev və Əməkdar artist Ətayə Əliyevanın övladlarıdır.