Türkiyənin məşhur tarixçisi və yazıçısı, 78 yaşlı İlber Ortaylı uzun sürən müalicədən sonra dünyasını dəyişib. Bir müddət idi ki, özəl bir xəstəxanada reanimasiya şöbəsində müalicə alan Ortaylı, səhhətindəki problemlərə görə həkim nəzarətində idi.
Vəziyyətinin kritikləşməsi ilə əlaqədar olaraq süni tənəffüs aparatına qoşulan alim, reanimasiyada göstərilən səylərə baxmayaraq həyatını itirib.
İlber Ortaylı kimdir?
Qeyd edək ki, İlber Ortaylı Türkiyənin ən tanınmış və hörmətli tarixçilərindən biri idi. Uzun illər davam edən elmi fəaliyyəti boyunca geniş bir oxucu kütləsi toplamışdı. Onun vəfatı ölkədə böyük bir itki olaraq qəbul edilir.