Şuşanın tarixi Yuxarı Gövhər Ağa məscidində bu gün bayram namazı qılınmışdır. Namazda yerli sakinlər və şəhərə gələn qonaqlar iştirak etmişlər.
Mərasim zamanı dini ayinlər yerinə yetirilmiş və iştirakçılar bayram coşğusu yaşamışlar.
Bayram namazında iştirak edənlər birliyin, həmrəyliyin və sülhün bərqərar olması üçün dualar etmişlər. Həmçinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilmiş, yaralılara isə şəfa dilənmişdir.