Xalq artisti Rasim Balayevin səhhəti ilə bağlı son məlumatlar açıqlanıb. Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Musavat.com-a bildirib ki, aktyorun müalicəsi sona yaxınlaşır və vəziyyəti stabildir.
Şairin sözlərinə görə, Rasim Balayev Novruz bayramı ərəfəsində Azərbaycana qayıdacaq: “Mən onun övladları ilə mütəmadi əlaqə saxlayıram. Onlar bildirirlər ki, müalicə uğurla davam edir və artıq yekunlaşmaq üzrədir. Ümid edirik ki, yaxın günlərdə Rasim Balayev vətənə qayıdacaq”.
Xatırladaq ki, Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar Türkiyədə əməliyyat olunmuşdu və müalicəsi hazırda orada davam etdirilir.