“Oskar” mərasimindən sonra zalın acınacaqlı vəziyyəti sosial mediada geniş rezonans doğurub.
Mərasimin keçirildiyi “Dolbi Teatrı”ndakı dağınıqlıq
Bu görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq minlərlə istifadəçi tərəfindən tənqidlə qarşılanıb. Belə mötəbər bir tədbirdən sonra bu cür mənzərənin yaranması bir çoxlarını məyus edib.
İzləyicilər bu vəziyyəti mədəniyyətsizlik nümunəsi kimi qiymətləndirərək, təşkilatçıları və qonaqları tənqid atəşinə tutublar.