Novruz Bayramı: Milli Həmrəylik Və Birlik Rəmzi

News Image

Novruz Bayramı – Milli Birliyin Simvolu

Minilliklər ərzində formalaşan milli-mənəvi dəyərlərimiz xalqımızın keçmişi, bu günü və gələcəyi arasında möhkəm bir körpü yaradır. Tarixi-mədəni irsimizi qoruyub saxlamaq xalqımızın ən böyük uğurlarından biridir.

Ulu Öndər Heydər Əliyevin milli dəyərlərimizin qorunması istiqamətində gördüyü işlər, bu dəyərlərə olan marağı daha da artırdı. Novruz bayramı xalqımızın ən gözəl nümunələrindən biridir. Heydər Əliyev deyirdi ki, Novruz bayramı insanları bir-birinə bağlayır, küsülülər barışır, dostluq və həmrəylik hissləri güclənir.

Prezident İlham Əliyevin yürütdüyü siyasət, milli-mənəvi dəyərlərimizin qorunmasına böyük önəm verir. Dövlətimiz bu dəyərləri qorumaq üçün əlindən gələni edir. Biz öz adət-ənənələrimizlə fəxr edirik.

Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti xüsusi qeyd olunmalıdır. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fond, milli-mənəvi dəyərlərimizin təbliğatçısına çevrilib. Onun səyləri nəticəsində Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, BMT tərəfindən Beynəlxalq Novruz Günü elan olunub.

Qloballaşma dövründə milli dəyərlərimizi qorumaq xüsusilə vacibdir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, müasir Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Biz mədəniyyətimizi qorumalı, gələcək nəsillərə çatdırmalıyıq.

Artıq 5 ildir ki, Novruz bayramını Qarabağda qeyd edirik. Bu, bizim üçün böyük sevincdir. Prezident İlham Əliyev Şuşada demişdir: “İnşallah, gələn il azad edilmiş torpaqlarda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır…”

Novruz – yenilik, oyanış və həmrəylik rəmzidir. Arzu edirik ki, Azərbaycanımız daha da güclənsin, xalqımız sülh və əmin-amanlıq içində yaşasın!

1