Meyxana Ustası Valeh Musayev Yarışda Adını 1/4 Finala Yazdırdı – Vi̇deo

News Image
thumb
thumb

ATV-də yayımlanan “Kəlmə-Kəlməyə” meyxana şousunda daha bir ad finala yüksəldi.

1/8 mərhələsinin son görüşündə Valeh Musayev və Elxan Lətifov qarşılaşıb.

Meyxana ustaları maraqlı çıxışları ilə tamaşaçıları ekrana kilidləməyi bacarıblar.

Səfərdə rəqibi ilə “söz davasına” çıxan Valeh Musayev, doğma meydanda da rəqibini üstələyib.

Gərgin keçən görüşdə Elxan Lətifov məğlub olaraq yarışdan kənarlaşdırılıb. Valeh Musayev isə son 8 yarışmaçı arasına daxil olub.

Qeyd edək ki, hər şənbə saat 22:00-da ATV-də yayımlanan yarışmada 1/4 mərhələnin ilk görüşü baş tutacaq. Vüqar Şiriyev Kərim Kərimovu qəbul edəcək.

1