Kəmaləddin Heydərov Və Baba Vəziroğludan Alim Qasımova Yeni Hədiyyə!

News Image

Baba Vəziroğlu yeni mahnılar üzərində çalışır. Bu dəfə sözləri Baba Vəziroğluna, musiqisi isə Kəmaləddin Heydərova aid olan mahnılar hazırlanır. Layihənin əsas məqsədi bu mahnıları Alim Qasımovun ifasında təqdim etməkdir.

Baba Vəziroğlunun sözlərinə görə, bu mahnılar xüsusi olaraq Alim Qasımov üçün yazılıb. O, əvvəllər də şairin sözlərinə yazılmış mahnılara müraciət edib, lakin bu dəfə Kəmaləddin Heydərovun bəstələdiyi əsərləri ifa edəcək.

Mahnıların yaxın günlərdə dinləyicilərə təqdim olunması planlaşdırılır. Xatırladaq ki, Alim Qasımov bundan əvvəl də Kəmaləddin HeydərovBaba Vəziroğlunun birgə layihəsi olan “İlahi”ni təqdim etmişdi.

0