İlber Ortaylının Vəsiyyəti Reallaşdı: Minarədən çağırış

News Image

Məşhur tarixçi İlber Ortaylının vəsiyyəti yerinə yetirildi. İllər öncə dilə gətirdiyi bu istək, onun vəfatından sonra reallaşdı.

Belə ki, Ortaylının vəsiyyətinə əsasən, onun ölüm xəbərini Üsküdardakı Çinili məscidinin imam-xətibi Dursun Şahin elan edib. Məhz bu imamın səsindən xüsusi təsirlənən tarixçi, onun minarədən çağırışını vəsiyyət etmişdi.

İlber Ortaylı və Dursun Şahinin tanışlığı

Məlumata görə, İlber Ortaylı illər əvvəl Dursun Şahinin oxuduğunu eşidərək onunla tanış olmaq arzusunda olub. Görüş zamanı tarixçi, imamın səsindən və üslubundan heyranlığını gizlədə bilməyib və ona bu barədə suallar ünvanlayıb.

Dursun Şahin isə musiqi dərslərini məşhur Amir Ateşdən aldığını bildirib. Söhbət əsnasında Ortaylı Şahinə “Mən ölsəm, elanı sən verəcəksən” deyərək, bu sözləri bir növ vəsiyyət kimi ifadə edib.

Martın 13-də vəfat edən dəyərli tarixçinin bu istəyi, illər sonra həyata keçirilib. İmam-xətib Dursun Şahin, Ortaylı üçün minarədən dua oxuyaraq, camaatı cənazə namazına dəvət edib və beləliklə, onun vəsiyyətini yerinə yetirib.

1