Tanınmış tarixçi İlber Ortaylı bu gün İstanbulda son mənzilə yola salınır.
Akademik İlber Ortaylı müalicə aldığı xəstəxanada vəfat etdikdən sonra bu gün İstanbulda dəfn olunur. Məşhur tarixçinin xatirəsinə Galatasaray Universitetində anım mərasimi təşkil edilib.
Universitetdə keçirilən mərasimdə Ortaylının ailə üzvləri, yaxınları və onu sevənlər iştirak edib. Mərasim zamanı çıxış edən qızı atasının son günlərindən danışarkən duyğularını gizlədə bilməyib.
O bildirib ki, atası xəstəxanada olduğu müddətdə belə elmi fəaliyyətini davam etdirib:
“Atam xəstəxanada olduğu dövrdə belə ətrafı kitablar, lüğətlər və qəzetlərlə dolu idi. Eyni zamanda nəşrə hazırlaşan kitabının redaktəsini edirdi. Dünən otağına daxil olanda yarımçıq qalan həmin redaktəni görmək mənə çox təsir etdi.”
Məlumata görə, İlber Ortaylı Fatih Məscidinin həyətində yerləşən qəbiristanlıqda dəfn olunacaq. Burada Osmanlı tarixinin görkəmli tədqiqatçısı Halil İnalcık, eləcə də tanınmış tarixçi və alimlər dəfn olunub.
Qeyd edək ki, zəngin şəxsi kitabxanaya malik olan alim təxminən 30 min cilddən ibarət kitab kolleksiyasının böyük hissəsini Prezident Milli Kitabxanasına bağışlamışdı.
İlber Ortaylı 2005-2012-ci illərdə Topkapı Sarayı Muzeyinin direktoru vəzifəsində çalışıb. O, həmçinin Türk Tarix Qurumunun Elmi Şurasının üzvü kimi fəaliyyət göstərib.