İlber Ortaylı Ilə Vida: İstanbulda Anım Mərasimi Və Dəfn – Vi̇deo

News Image
thumb
thumb

Tanınmış tarixçi İlber Ortaylı son mənzilə yola salınır.

İstanbulda müalicə aldığı xəstəxanada vəfat edən İlber Ortaylı bu gün dəfn olunur. Galatasaray Universitetində onun xatirəsinə anım mərasimi təşkil edildi.

Mərasimdə ailə üzvləri, yaxınları və sevənləri iştirak edib. Qızı atasının xəstəxanadakı son günlərindən danışarkən duyğularını gizlədə bilməyib. O, atasının xəstəxanada belə elmi fəaliyyətini davam etdirdiyini vurğulayıb:

“Xəstəxanada ətrafı kitablar və qəzetlərlə dolu idi. Yeni kitabının redaktəsi ilə məşğul idi. Otağına girdiyimdə yarımçıq qalan redaktəni görmək çox üzücü idi.”

İlber Ortaylı Fatih Məscidinin həyətindəki qəbiristanlıqda dəfn ediləcək. Orada Halil İnalcık, Kemal Karpat, Semavi Eyice və Mehmet Genç kimi məşhur tarixçilər dəfn olunub.

Qeyd edək ki, İlber Ortaylı zəngin kitab kolleksiyasının böyük hissəsini Prezident Milli Kitabxanasına bağışlayıb. O, 2005-2012-ci illərdə Topkapı Sarayı Muzeyinin direktoru olub və Türk Tarix Qurumunda çalışıb.

1