İftar Süfrəsi üçün 3 Möhtəşəm Resept: əlvan şorba, Qəlyə Və Brauni

News Image
News Image
News Image
News Image
thumb
thumb
thumb
thumb

“Əlvan dana” şorbası

Tərkibi:

  • Mərci – 1 stəkan
  • Dana əti – 300 qram
  • Su – 5 stəkan
  • Kartof – 2 ədəd
  • Soğan – 2 ədəd
  • Kök – 2 ədəd
  • Dəfnə yarpağı – 1 ədəd
  • Nanə qurusu – 1 ç.q
  • Un – 1 x.q
  • Duru yağ – 1 stəkan
  • Yarım limonun suyu
  • Duz, qara və qırmızı istiot (zövqə görə)

Hazırlanması:

Kartofu, soğanı, kökü (hərəsindən bir ədəd), əti, dəfnə yarpağını və mərcini suya töküb qaynadın. Bir müddət sonra süzgəcdən keçirib yenidən qaynadın. Digər soğanı xırda doğrayıb, kökü sürtgəcdən keçirin. Yağı tavada isidib soğan və kökü qovurun. Nanə və unu əlavə edib qarışdırın. Bu qarışığı qaynayan ətin üzərinə əlavə edin. 15 dəqiqə qaynatdıqdan sonra yenidən süzgəcdən keçirib duz, istiot əlavə edib təkrar qaynamağa qoyun. 10 dəqiqə sonra isti halda süfrəyə verin.

“Qəlyə”

Tərkibi:

  • Sümüksüz ət – 1 kq
  • Soğan – 1 kq
  • Şabalıd – 1 kq
  • Nar – 2 ədəd
  • Yağ – 1 stəkan
  • Ət suyu – 1,5 stəkan
  • Duz və qara istiot (zövqə görə)

Hazırlanması:

Soğanı soyub uzunsov doğrayıb yağda azca qızardın. Əti qaynadıb soyudun. Şabalıdı qabıqdan çıxarıb narı dənələyin. Tavaya bir lay soğan, bir lay ət, bir lay şabalıd və nar düzün. Bunu ərzaqlar bitənə qədər təkrarlayın. Sonra ət suyu, yağ, duz və istiot əlavə edib suyu çəkilənə qədər bişirin. İsti halda süfrəyə verilir.

“Brauni”

Tərkibi:

  • Yumurta – 3 ədəd
  • Şəkər tozu – 2 stəkan
  • Duru yağ – 2 stəkan
  • Süd – 2 stəkan
  • Kakao – 3 x.q
  • Un – 8 x.q
  • Qabartma tozu – 2 ədəd
  • Vanilin – 2 ədəd

Hazırlanması:

Yumurta və şəkər tozunu mikserlə 5 dəqiqə qarışdırın. Üzərinə süd, yağ və kakaonu əlavə edib qarışdırmağa davam edin. Sonra 1 stəkan götürüb kənara qoyun. Qalan hissəyə un, qabartma tozu və vanilin töküb xəmir edin. Tavanın içini yağlayıb şəkər tozu səpib xəmiri tökün. 180 dərəcə isidilmiş sobada 25 dəqiqə bişirin. Sobadan çıxardıqdan sonra doğrayıb üzərinə əvvəlcə götürdüyünüz qarışığı tökün.

0