İftar Süfrəniz üçün Möhtəşəm Reseptlər
İftar süfrənizi zənginləşdirmək üçün asan və ləzzətli reseptlər axtarırsınız? O zaman bu menyu tam sizə görədir! Qaymaqlı göbələk şorbası, tunis kababı və Osmanlı şərbəti ilə unudulmaz bir iftar süfrəsi hazırlayın.
Qaymaqlı Göbələk Şorbası
Ərzaqlar:
- 1 paket qaymaq (200 ml)
- 400 qram göbələk
- 3.5 stəkan su
- 1 soğan
- 1 xörək qaşığı un
- 3 xörək qaşığı bitki yağı
- 1 xörək qaşığı kərə yağı
- 1 çay qaşığı duz
- 1 çay qaşığı qara istiot
Hazırlanması:
- Göbələyi və soğanı doğrayın.
- Yağda soğanı qovurun, sonra göbələyi əlavə edib suyunu çəkin.
- Un əlavə edib bir neçə dəqiqə qovurun.
- Qaymağı əlavə edib qarışdıraraq bişirin.
- İsti su əlavə edin, duz və istiot vurub vam odda 10 dəqiqə bişirin.
- Doğranmış cəfəri ilə bəzəyin.
Tunis Kababı
Ərzaqlar:
- 4 kartof
- 300 qram qiymə
- 1 soğan
- 1 bolqar bibəri
- 1 yaşıl bibər
- 3 xörək qaşığı bitki yağı
- Duz, qara bibər
Sous üçün:
- 2 stəkan isti su
- 1 xörək qaşığı tomat pastası
Hazırlanması:
- Kartofları yarıya bölüb içini çıxarın və sobada bişirin.
- Qiyməni soğan və bibərlə qovurun.
- Qarışığı kartofların içinə doldurun.
- Sousu hazırlayıb üzərinə tökün.
- Sobada bişirin, sonra pendir əlavə edib qızardın.
Osmanlı Şərbəti
Ərzaqlar:
- 8-10 mixək
- 1 stəkan şəkər tozu
- 2 litr su
- 1 limon suyu
- 1 darçın çubuğu
- 500 qram gavalı
Hazırlanması:
- Suyu, darçını, mixəyi və şəkəri qaynadın.
- Gavalı əlavə edib bir az da qaynadın.
- Limon suyunu sıxın, köpüyü yığın və soyudub için.