İftar Süfrəsi: Dadlı Tutmac şorbası, Mamzana Və Melissa Peçenyesi Reseptləri

News Image
News Image
News Image
News Image
thumb
thumb
thumb
thumb

İftar Süfrəniz Üçün Fərqli Dadlar

İftar süfrənizi zənginləşdirmək üçün ənənəvi və fərqli reseptlər axtarırsınızsa, doğru yerdəsiniz. Bu dəfə sizlərə həm doyurucu, həm də ləzzətli üç resept təqdim edirik: Tutmac şorbası, Mamzana və Melissa peçenyesi.

Tutmac Şorbası

Ərzaqlar:

  • 1 stəkan yaşıl mərcimək
  • 1 ədəd soğan
  • 1 stəkan qatıq
  • 1 yumurta
  • 2 x.q un
  • Evdə kəsilmiş ərişdə
  • 2 x.q kərə yağı
  • Quru nanə, qırmızı bibər
  • Duz

Hazırlanması:

  1. Soğanı xırda doğrayıb, yağda qovurun.
  2. Mərcini və suyu töküb qaynadın. Mərci bişəndən sonra ərişdəni əlavə edin.
  3. Ayrı qabda qatıq, yumurta və unu qarışdırın. Qaynayan şorbadan bir az əlavə edib, qarışığı düyünlənməməsi üçün qarışdırın.
  4. Qarışdıra-qarışdıra qazana tökün. Duz əlavə edin və qarışdıraraq bişirin.
  5. Sonda kərə yağında nanə və bibəri qızdırıb üzərinə əlavə edin.

Mamzana

Ərzaqlar:

  • 2 ədəd badımcan
  • 3 ədəd qırmızı bibər
  • 3-4 ədəd yaşıl bibər
  • 1 ədəd pomidor
  • Duz

Üzəri üçün:

  • Sarımsaq qatıq
  • 1 xörək qaşığı kərə yağı
  • Qırmızı bibər tozu
  • Bir az cəfəri

Hazırlanması:

  1. Badımcanları və bibərləri 200 dərəcəlik sobada təxminən 15 dəqiqə bişirin. Soyub doğrayın.
  2. Yaşıl bibərləri və pomidorları da doğrayın.
  3. Hər şeyi bir qaba qoyun, duz əlavə edin və qarışdırın. Boşqaba tökün.
  4. Üzərinə sarımsaqlı qatıq əlavə edin.
  5. Yağı ocağın üstündə əridin. Qırmızı bibər tozu əlavə edin və qatığın üstünə tökün.

Melissa Peçenyesi

Ərzaqlar:

Xəmir üçün:

  • 130 qram otaq temperaturunda kərə yağı
  • 1 böyük yumurta
  • 1 stəkan toz şəkər
  • 2 xörək qaşığı kakao
  • 2.5 xörək qaşığı mannı yarması
  • 1 çay stəkanı əzilmiş qoz
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 2 stəkan un

Üzü üçün:

  • 1 çay stəkanı küncüt
  • 1 stəkan fındıq

Şərbət üçün:

  • 3 stəkan su
  • 2 stəkan şəkər tozu
  • 4 damcı limon suyu

Hazırlanması:

  1. Şərbət üçün suyu və toz şəkəri bir qazana tökün, qaynadın qatılaşana yaxın limon şirəsi tökün. Qatılaşmış şərbəti oddan götürün və soyumağa qoyun.
  2. Xəmir üçün yumurta, kərə yağı və şəkər tozunu böyük bir qaba əlavə edin. Kakao, mannı yarması, əzilmiş qoz, vanil və qabartma tozu əlavə edib qarışdırın.
  3. Sonda unu əlavə edin və əllərinizə yapışmayan bir xəmir hazırlayın.
  4. Qoz böyüklüyündə xəmir parçaları götürün və onları toplar halına salın. Küncüd toxumlarını bir qaba qoyun və hər xəmir topunu ona batırıb, soba qabına düzün.
  5. Hər xəmir topunun ortasına bir fındıq qoyun və 175 dərəcə isidilmiş sobada bişirin.
  6. Hazır olandan sonra üstünə şərbəti tökün. Ən az 45 dəqiqə saxlayın.
0