Hüseyn Cavidin Son Mənəvi Oğlu Zakir Nəsirov Vəfat Etdi

News Image
News Image
thumb
thumb

Uzun illər müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan SSRİ Ali Sovetinin ən gənc deputatı olmuş Zakir Nəsirov vəfat edib.

Z.Nəsirov 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Zakir Nəsirov müstəqillik illərində gömrük orqanlarında çalışıb.

Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsində rolu

O, 1982-ci ildə Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsini həyata keçirən qrupun üzvü olub. Həmin qrup Heydər Əliyevin sərəncamı ilə yaradılmışdı.

Zakir Nəsirov, Həmid Nəsirov və Telman Əliyev Sibirə gedərək Cavidin nəşini tapıb Azərbaycana gətiriblər. Beləliklə, SSRİ tarixində ilk dəfə repressiya qurbanının nəşi köçürülərək dəfn edilmişdir.

Həmin vaxtdan bu üç şəxs Hüseyn Cavidin mənəvi oğulları kimi tanınmağa başlayıb.

Qeyd edək ki, qrupun digər üzvü Telman Əliyev bu ilin avqust ayında vəfat etmişdi.