Bakıda Novruz şənlikləri Coşqu Ilə Qeyd Olunur: Abad Məhəllələr Bayram Libasında

News Image
News Image
News Image
News Image
News Image
News Image
News Image
News Image
News Image
News Image
News Image
News Image
News Image
News Image
thumb
thumb
thumb
thumb
thumb
thumb
thumb
thumb
thumb
thumb
thumb
thumb
thumb
thumb

Novruz bayramı Bakıda möhtəşəm şənliklərlə qeyd olunur. Paytaxtın hər bir rayonunda təşkil olunan konsert proqramları və bayram tədbirləri böyük maraqla qarşılanır. Xüsusilə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Bizim həyət” məhəlləsində keçirilən tədbir izdihamlı olub.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələri və qazilər bayram sevincini birgə yaşayıblar. Tədbirdə Novruzun simvolları, milli mətbəximizin ləziz nümunələri, rəngarəng geyimlər nümayiş olunub. Rəqqaslar, nağaraçılar, zurnaçılar öz məharətlərini göstərib, müğənnilər ürəkləri oxşayan mahnılar səsləndiriblər. Kosa, Keçəl və Bahar qızı balacaları əyləndirib, bayram tonqalının ətrafında rəqslər edilib, yumurta döyüşləri keçirilib.

Son illərdə Bakıda 400-ə yaxın abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib. Bu məhəllələrdə insanların istirahəti üçün hər cür şərait yaradılıb. Novruz bayramı ərəfəsində abad məhəllələr xüsusi bayramsayağı bəzədilib, səməni və şirniyyatlarla dolu süfrələr açılıb.

2