Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar artist Raziyyə Şirinova dünyasını dəyişib. Yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata görə, sənətkar 86 yaşında vəfat edib.
Həyatı və yaradıcılığı
Raziyyə Şirinova 1940-cı ildə anadan olub. O, 1962-64-cü illərdə A. Zeynallı adına Bakı Musiqi Texnikumunda Seyid Şuşinskinin tələbəsi olub, daha sonra 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Sənətkar, hələ tələbə ikən “Lalə” qızlar ansamblında çıxış edib, 1964-1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsində qalib gəlib.
Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında çalışdığı müddətdə bir çox tamaşada yaddaqalan rollar ifa edib. Müğənni kimi də böyük uğur qazanan Raziyyə Şirinova, uzun illər respublika televiziyası və radiosunda muğamlar, xalq və bəstəkar mahnıları ifa edib.
Təltif və mükafatları
Raziyyə Şirinova Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.