Azərbaycanın tanınmış intellektual oyun xadimi, “Xəmsə” Milli İntellektual Oyununun yaradıcısı Faiq Hüseynov vəfat edib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Faiq Hüseynovun vəfatı intellektual oyun ictimaiyyətində böyük üzüntü ilə qarşılanıb.
Qeyd edək ki, Faiq Hüseynov 2018-ci ildə “Nə? Harada? Nə Zaman?” oyunu üzrə Beynəlxalq Klublar Assosiasiyasının konqressində İdarə Heyətinə seçilən ilk azərbaycanlı olub. O, həmçinin “Nə? Harada? Nə zaman?” oyunu üzrə həm Azərbaycan, həm də rus dillərində Azərbaycan çempionu adını qazanıb. Faiq Hüseynov Bakıda keçirilən “Caspian Cup” intellektual festivalının da təsisçisi idi.