Aşıq əli Tapdıqoğlu Xanəndələrə şərt Qoydu: Verilişlərdə Aşıq Mahnısı Oxumasınlar!

News Image

Aşıq Əli Tapdıqoğlu xanəndələrin aşıq mahnılarını ifa etməsinə etiraz edib. O, muğam ifaçılarının bu cür davranışının düzgün olmadığını bildirib.

Sənətçi, televiziya verilişlərinə qoyduğu şərti açıqlayıb: “Mən olan verilişdə xanəndələr aşıq mahnısı oxumamalıdır”.

Aşıq Əli Tapdıqoğlu bildirib ki, bəzi xanəndələr efirlərdə və məclislərdə aşıq mahnılarını oxuyaraq aşıqların dolanışığına mane olurlar. O, həmçinin etik qaydalara riayət etməyin vacibliyini vurğulayıb.

O qeyd edib ki, bir çox xanəndə tar və kamanı qorumur, aşıq sənətinə dəyər vermir. Bu səbəbdən də verilişlərə şərt qoyub ki, onun iştirak etdiyi efirlərdə xanəndələr aşıq mahnısı oxumasın.

0