Yatmazdan əvvəl idman etmək zərərlidirmi?
Mütəxəssislər axşam saatlarında ağır idman hərəkətlərindən qaçınmağı tövsiyə edirlər. Somnoloqların fikrincə, gecə saatlarında edilən intensiv məşqlər sinir sistemini həddindən artıq yükləyir və adrenalin hormonunun səviyyəsini artırır. Bu isə yuxu problemlərinə yol açır.
Onlar bildirirlər ki, yuxuya getməzdən əvvəl bədən temperaturu aşağı düşməlidir. Lakin aktiv idman məşğələləri bunun tam əksini edərək bədən temperaturunu yüksəldir.
Somnoloqlar idmanla səhər və ya günorta saatlarında məşğul olmağın daha faydalı olduğunu düşünürlər. Mütəxəssislərin sözlərinə görə, oyanandan bir-iki saat sonra edilən məşqlər sirkadiyal ritmin (yuxu-oyanma dövrü) tənzimlənməsinə kömək edir. Bu da öz növbəsində yuxunun keyfiyyətini yaxşılaşdırır.