Qrenlandiya Balinaları: Gənclik Iksiri Və Insan ömrünün Uzadılması Sirri

News Image

Elm adamları ömrü 200 ilədək uzadan balinaların sirrini açdı

Rochester Universitetinin alimləri Qrenlandiya balinalarının uzun ömürlülüyünün genetik əsaslarını tapıblar. Bu nəhəng canlılarda olan xüsusi zülal (CIRBP) DNT-nin bərpasını sürətləndirir. Bu, insanlarda xərçəng və qocalıqla bağlı xəstəliklərin qarşısını ala bilər.

Balinaların genetik quruluşunda aşkar edilən CIRBP zülalı DNT-dəki qırılmaları sürətlə bərpa edir. Professor Vera Qorbunova və professor Andrey Seluanovun komandası bu zülalın balinalarda adi haldan 100 dəfə çox istehsal olunduğunu müəyyən edib.

Hüceyrələrdə DNT qırılmaları qocalma və xərçəngin əsas səbəblərindəndir. CIRBP zülalı bu qırılmaları dərhal bərpa edərək hüceyrələri qocalıqdan qoruyur. İndi tədqiqatçılar bu mexanizmi insan hüceyrələrində aktivləşdirməyin yollarını araşdırırlar.

“Nature” jurnalında dərc olunan araşdırma, “nəhəng heyvanlar niyə daha az xərçəngə tutulur?” sualına cavab tapıb. Hüceyrə sayı artdıqca xərçəng riski artır, lakin balinalar və fillər istisnadır. CIRBP zülalı hüceyrəni xərçəngdən qoruyaraq təbii müdafiə yaradır. Bu kəşf onkologiyada yeniliklərə yol açır.

Tədqiqatçılar CIRBP istehsalının ətraf mühit amilləri ilə dəyişdiyini də aşkar ediblər:

  • Temperatur aşağı düşəndə zülal istehsalı artır.

Professor Qorbunova laboratoriya işləri ilə yanaşı, həyat tərzinin də əhəmiyyətli olduğunu bildirir: “Soyuq duş qəbul etmək CIRBP aktivliyini artırmaq üçün araşdırılmalıdır.”

Alimlər dərmanlarla bu zülalı insan bədənində süni şəkildə aktivləşdirməyə çalışırlar.

0