İnsan ömründə Neçə Dəfə Aşiq Oluruq? Elm Cavab Verdi!

News Image

Məşhur filmlər sevginin təkrarolunmaz olduğunu desə də, elm sübut edir ki, hər şey fərqlidir.

ABŞ-dakı Kinsey İnstitutunun alimləri maraqlı bir araşdırma aparıblar. Məlum olub ki, əksər insanlar ömürləri boyu ən azı iki dəfə güclü sevgi hissi keçirirlər.

18-99 yaş arası 10 mindən çox insan arasında sorğu keçirilib. İştirakçılardan həyatlarında neçə dəfə ehtiraslı şəkildə aşiq olduqları soruşulub.

Nəticələr necədir?

  • 14,2% – Heç vaxt aşiq olmayıb
  • 27,8% – Bir dəfə aşiq olub
  • 30,3% – İki dəfə aşiq olub
  • 16,8% – Üç dəfə aşiq olub
  • 10,9% – Dörd və daha çox dəfə aşiq olub

Ən çox verilən cavab “iki dəfə” olub.

Doktor Amanda Hesselman bildirib ki, bu araşdırma sevginin ömür boyu neçə dəfə yaşandığını soruşan ilk araşdırmadır.

Yaş faktoru da önəmlidir. Yaşlı insanlar gənclərə nisbətən daha çox romantik təcrübə yaşadıqlarını deyirlər.

Alimlər vurğulayır ki, hər kəs həyatda bir neçə dəfə dərin sevgi yaşaya bilər.

Ehtiraslı sevgi geniş yayılmış bir hissdir, lakin hər kəs üçün nadir və epizodik xarakter daşıyır.

Maraqlıdır ki, ali təhsilli, valideynləri ilə yaşayan şəxslər və kişilər daha çox subay qalmağa meyllidirlər.

Alimlər hesab edir ki, insanın münasibət qurub-qurmaması həm sosial, həm də psixoloji amillərdən asılıdır.

0