Gecə Ikən “otaqda Kimsə Var” Qorxusu: Səbəbi Nədir?

News Image

Gecə ikən “otaqda kimsə var” hissi niyə yaranır?

Nevroloq Mariya Lavrenovanın sözlərinə görə, arxası üstə yatmaq yuxu iflicinin yaranma riskini artıra bilər. Bu zaman insan şüurlu olsa belə, hərəkət edə və danışa bilmir.

Yuxu iflici şüurla hərəkət arasında yaranan qısamüddətli uyğunsuzluqdur. Sürətli yuxu mərhələsində beyin əzələlərin tonusunu azaldır. Bəzi hallarda bu mexanizm pozulur və insan oyanmasına baxmayaraq, bədənini hərəkət etdirə bilmir.

Həkim qeyd edir ki, sürətli yuxudan çıxış uzanarsa, insan reallıqla yuxu arasında qalır. Bu zaman hallüsinasiyalar baş verir və otaqda kiminsə olması hissi yarana bilər. Bu hallar daha çox arxası üstə yatarkən müşahidə olunur.

Araşdırmalar göstərir ki, arxası üstə yatmaq boğaz və dil əzələlərinin boşalması səbəbindən tənəffüs yollarının qismən tutulmasına gətirib çıxara bilər. Bu isə xoruldama və gecə apnesinə səbəb olur və bəzi hallarda yuxu iflicini tətikləyə bilər.

Yuxu iflicinin əsas səbəblərindən biri stres hormonu olan kortizolun səviyyəsinin artmasıdır. Bu hormonun dəyişməsi yuxunun strukturunu poza bilər.

Gündə 7-9 saat yatmaq, sabit yuxu rejiminə riayət etmək və yatmazdan bir saat əvvəl telefondan istifadə etməmək problemi aradan qaldırmağa kömək edir. Həmçinin günortadan sonra kofein qəbulunu azaltmaq tövsiyə olunur.

9