Moskvalı sakin, çantasına qoyduğu dəfnə yarpağı sayəsində lotereyada 2,8 milyon rubldan (33 min ABŞ dollarından çox) pul udub.
Rusiya mətbuatının məlumatına görə, qalib şəxs biletləri ani bir qərarla aldığını bildirib. O, hər biri 60 rubl dəyərində olan üç bilet alıb və onlardan biri ona uğur gətirib.
Nelli adlı qalib, uduşunu izah edərkən “Cüzdanımda bir dəfnə yarpağı və bir az da şans var idi” deyib.
Moskvalı qadın, əldə etdiyi pulu əsasən kreditlərini ödəmək üçün xərcləməyi planlaşdırır.