Çörəyin Qida Dəyərini Artırmaq üçün Nə Etməli?
Çörəyi soyuducuda saxlamaq onun sağlamlıq üçün faydalarını qoruya bilər. Temperatur çörəkdəki nişastanın bioloji mənimsənilməsinə və qanda şəkərin səviyyəsinə təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, çörək bişirilərkən tərkibindəki nişasta yarı bərk jel formasına çevrilir və bu vəziyyətdə orqanizm tərəfindən daha asan həzm olunur. Lakin çörək soyuduqda bu jel yenidən bərkiyir və hüceyrələrin onun tərkibindəki qlükozaya çıxışı çətinləşir.
Dondurmağın Faydaları
Araşdırmalar göstərir ki, çörəyi dondurucuda saxlamaq qanda şəkər və insulin səviyyəsinin kəskin artmasının qarşısını ala bilər. Bu isə metabolik pozuntuların və ürək-damar xəstəliklərinin yaranma riskini azaltmağa kömək edir.
Əridib Qızartmağın Təsiri
Eyni zamanda, çörəyin dondurulduqdan sonra əridilməsi və qızardılması da qlükoza səviyyəsinin aşağı düşməsinə təsir göstərə bilər. Məsələn, çörəyi mikrodalğalı sobada, tosterdə və ya tavada qızartmaq bu baxımdan faydalı hesab olunur.
Xüsusilə çörəyin əvvəlcə dondurulması, daha sonra əridilib qızardılması üsulu daha effektiv sayılır. Tədqiqat iştirakçılarının bir hissəsində bu üsul qanda qlükoza səviyyəsinin təxminən 39 faizədək azalmasına səbəb olub.