Brend Bağlılığı: İnsanlar Niyə Məşhur Markalara Can Atır?

News Image
News Image
thumb
thumb

Son illərdə brend məhsullara maraq artmaqdadır. Sosial şəbəkələrin təsiri ilə insanlar geyim və aksessuarlarda tanınmış markalara üstünlük verirlər. Bəzən bu, psixoloji meyillərlə əlaqəli ‘brend asılılığı’ olur.

Psixoloq Samirə Bağırova brendə bağlılığın səbəblərini açıqlayıb. O, məşhurların və sosial şəbəkələrin təsirini vurğulayıb:

Məşhurlar reklam vasitəsidir. İnsanlar gördüklərini təkrarlamaq istəyirlər. Brend keyfiyyətli məhsul olmaqla yanaşı, həyat tərzini də ifadə edir. Bəziləri brendlə özlərini varlı hiss edirlər. Daxili özgüvənsizlik brend geyimlərlə kompensasiya olunur. Brend almaq qısa müddətli sevinc verir. Brend yaradıcıları insan psixologiyasını izləyərək məhsullarını brendləşdirirlər.

Psixoloq elit və varlı təbəqənin fərqlərini qeyd edib:

Elit təbəqə keyfiyyətə üstünlük verir. Onlar eksklüziv markalar seçirlər. Varlı təbəqə status göstəricisi kimi brend seçir. Onlar tanınmış markalarla uğurlarını nümayiş etdirirlər. Elit təbəqə göstərişi sevmir, varlı təbəqə isə sevir. Bəziləri isə imitasiya məhsullarla özlərini dəyərli hiss etmək istəyirlər.