Səyahət etmək üçün ideal şəhərlər siyahısı açıqlandı!
Avstraliyanın gözəl Melburn şəhəri, 2026-cı il üçün dünyanın ən cazibədar səyahət məkanı seçilib. Məşhur “Time Out” jurnalının dərc etdiyi reytinqdə Melburn birinci yeri tutub.
Ekspertlər və səyahətçilər Melburnu xüsusilə onun zəngin kulinariya mədəniyyəti, gözəl küçələri və damlardakı barları (rooftop bars) ilə fərqləndirirlər.
Reytinqdə ikinci yeri Çinin Şanxay şəhəri tutub. Şanxay özünün qədim tarixi və müasir texnologiyaları ilə seçilir. Üçüncü yerdə isə Şotlandiyanın paytaxtı Edinburq qərarlaşıb. Edinburq özünəməxsus mətbəxi və canlı mədəni həyatı ilə tanınır.
Siyahıda həmçinin bu şəhərlər də var:
- London (Böyük Britaniya)
- Nyu-York (ABŞ)
- Keyptaun (CAR)
- Mexiko (Meksika)
- Banqkok (Tailand)
- Seul (Cənubi Koreya)
- Tokio (Yaponiya)