Qazaxıstanda keçirilən yeni Konstitusiya referendumunda 102 yaşlı qadın səsvermədə iştirak edərək diqqət çəkib.
Xarici mətbuatın məlumatına görə, təqaüdçü qadın seçki məntəqəsinə gəldikdə xüsusi hörmətlə qarşılanıb. Ölkənin ən yaşlı seçicilərindən biri olan qadına seçki məntəqəsi əməkdaşları tərəfindən fəal vətəndaş mövqeyinə görə təşəkkür edilib və ona sağlam həyat arzulanıb.
Maraqlı məqam isə komissiya üzvlərindən birinin yaşlı qadına standart olaraq “100 ilə qədər yaşa” arzusunu bildirməsi olub. Bu, salonda gülüşlə qarşılanıb.
Qeyd edək ki, martın 16-da Qazaxıstanda keçirilən referendumda iştirakçıların 87 faizi yeni Konstitusiya layihəsini dəstəkləyib.