Yüksək Səslə Musiqi Dinləyən Sürücülərə Cəza Gəlir? Qanunvericilikdə Dəyişiklik!

News Image
thumb
thumb

Avtomobildə yüksək səslə musiqi dinləyənlər narahatlıq yaradır? Son zamanlar bu hallar artıb. Bəzi sürücülər, xüsusən gecə saatlarında, yaşayış ərazilərində musiqinin səsini həddindən artıq yüksəldirlər.

Paytaxtda aparılan sorğu zamanı yüksək səsli musiqi, hətta jurnalistlərin sakinlərlə danışmasına belə mane olur. Sakinlər bildirirlər ki, tıxacda belə bəzi sürücülər musiqinin səsini maksimuma çatdırırlar.

Ekspertlər qeyd edirlər ki, bu hallarla bağlı cərimələr mövcuddur, lakin qanunvericiliyə yenidən baxılması vacibdir. Çünki yüksək səs çox vaxt əlavə səs gücləndiricilərdən qaynaqlanır.

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, avtomobilinə əlavə gücləndiricilər quraşdıranlar cərimələnməlidir.

Daxili İşlər Nazirliyi bildirir ki, ictimai asayişi pozan şəxslərə qarşı tədbirlər görülür.

6