Magistral yolda yüksək sürətlə hərəkət edən BYD markalı avtomobilin sürücüsü təhlükəli vəziyyət yaradıb.
Sürücünün sürəti saatda 187 km/saata çatdırdığı anlar telefonla qeydə alınıb və sosial şəbəkələrdə paylaşılıb. Bu hərəkət geniş müzakirələrə səbəb olub, istifadəçilər sürücünü məsuliyyətsizlikdə qınayıblar.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, görüntülərlə bağlı araşdırma aparılır.