Türkiyənin Şanlıurfa şəhərində 16 yaşlı yeniyetmənin 8 yaşlı uşağa qarşı törətdiyi vəhşilik cəmiyyətdə böyük hiddətə səbəb olub. Görüntülərdə yeniyetmənin azyaşlı uşağı amansızcasına təpik və yumruqlarla döydüyü əks olunub.
Sosial şəbəkələrdə yayılan bu görüntülər qısa zamanda böyük reaksiyaya səbəb olub. İstifadəçilər bu vəhşiliyə sərt reaksiya göstərərək, günahkarın cəzalandırılmasını tələb edirlər.
Məlumata görə, uşağı döyən yeniyetmə saxlanılıb, lakin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Bu isə sosial mediada daha da böyük narazılığa səbəb olub. İnsanlar bu cür davranışlara qarşı daha sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar.
Hadisə ilə bağlı araşdırmalar davam edir.