Şəmkirdə Dəhşətli Dava: Ana və Oğul Xəsarət Aldı
Şəmkir rayonunun Könüllü kəndində baş verən davada iki nəfər ağır xəsarətlər alıb. 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev və anası, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumatlara görə, hadisəni törədən şəxs onların həmkəndlisi Niyaməddindir. Davanın səbəbi tərəflər arasında olan pul borcu olub. Niyaməddin, borc üstündə çıxan mübahisə zamanı əvvəlcə ana və oğlu döyüb, daha sonra Güləddin Həmzəyevə məxsus olan “VAZ 2106” markalı avtomobilin şüşəsini sındırıb.
Faktla bağlı artıq araşdırmalara başlanılıb. Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması üçün əməliyyatlara başlayıb.