Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylini aldatmaqda təqsirli bilinən iş adamı Elnur Səmədov həbs edilib. 41 yaşlı Səmədov külli miqdarda dələduzluqda ittiham olunur.
İstintaq zamanı məlum olub ki, Səmədov Qədimbəyliyə Azərbaycanda yetişən meyvələri Rusiyada satmaq və gəliri bölüşmək vədi verib. Qədimbəyli bu təklifə inanaraq ona 489 min manat verib. Lakin Səmədov vədinə əməl etməyib və Qədimbəyli şikayət edib.
Məhkəmə prosesində Səmədovun başqa şəxslərdən də yalan vədlə ümumilikdə 723 min manat aldığı müəyyən edilib. O, zərərçəkmişləri bir-biri vasitəsilə tanıyıb və uzun illər biznes fəaliyyəti ilə məşğul olub.
Məhkəmə Səmədovu təqsirli bilərək 8 il 6 ay həbs cəzası verib. Həmçinin Qədimbəyli və digər zərərçəkmişlərin ziyanının ödənilməsi barədə qərar qəbul edilib.