Mübarək Ramazan ayında Boluda qeydə alınan dəhşətli görüntülər sosial mediada böyük hiddətə səbəb olub. Bir sürücü avtomobili ilə yerdə uzanan köpəyin üstündən keçərək onu sürükləyib.
Hadisə şahidlər tərəfindən lentə alınıb və sosial şəbəkələrdə yayılıb.
Jandarma əməkdaşları tərəfindən saxlanılan sürücü M.D. olub. Yaralı it isə dərhal bələdiyyə işçiləri tərəfindən müalicəyə götürülüb.
Bu qəddar hadisə ictimaiyyətdə böyük narazılığa səbəb olub. Sosial media istifadəçiləri heyvanlara qarşı zorakılığa son qoyulması üçün daha ciddi tədbirlər görülməsini tələb edirlər.