Qubada baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub.
Rayonun Zizik kəndində yaşayan Ağasiyevlər ailəsində daha əvvəl də münaqişələr yaşanıb.
Hadisə zamanı qətlə yetirilən Gülgəz Ağasiyevanın qohumları onunla əlaqə saxlaya bilmədikləri üçün dünən saat 16:00 radələrində evinə gəliblər. Məlum olub ki, 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyeva əri Ceyhun Ağasiyev tərəfindən qətlə yetirilib. Daha sonra Ceyhun Ağasiyev özünə qəsd edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.