Qayınanasını öldürən Gəlin: “çimməyə 5 Dəqiqə Verirdi”

News Image

Astarada qayınanasını öldürməkdə təqsirləndirilən gəlinin məhkəməsi yekunlaşıb.

22 yaşlı Ruhanə İmanova qayınanası Xalidə Manafovanı öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədə məlum olub ki, hadisəyə səbəb gəlinin dişlərinə breket taxdırması olub. 55 yaşlı qayınana bu vəziyyətdən narazı qalıb və mübahisə yaranıb. Nəticədə Ruhanə qayınanasını bıçaqlayaraq öldürüb.

Ruhanə məhkəmədə günahını etiraf edib və peşman olduğunu bildirib. O, qayınanası ilə birgə yaşadıqları dövrdə daim problem yaşadığını qeyd edib: “4 ildir evliyəm və bu müddətdə qayınanamla yola getməmişik. Hamama girəndə mənə 5 dəqiqə vaxt verirdi, rahat yemək yeməyə qoymurdu, gözəllik salonuna getməyə icazə vermirdi”.

Ruhanənin sözlərinə görə, sonuncu mübahisə breket məsələsinə görə baş verib. Qayınanası onun bu hərəkətinə qarşı çıxıb və mübahisə zamanı qızına qarşı təhqirlər səsləndirib. Bu isə Ruhanəni əsəbiləşdirib və o, qayınanasını bıçaqlamağa məcbur olub.

Məhkəmədə Ruhanənin əri də ifadə verib. O, anası ilə həyat yoldaşı arasında mübahisələrin olduğunu təsdiqləyib. Lakin həyat yoldaşının bu cür cinayət törətməsinə təəssüfləndiyini bildirib.

Məhkəmə Ruhanə İmanovaya 10 il həbs cəzası verib.

3