Türkiyənin Manisa şəhərində qeydə alınan hadisə böyük şok yaradıb.
Manisanın Şehzadələr rayonunda yerləşən yaşayış binasında ailə mübahisəsi faciə ilə nəticələnə bilərdi.
Məlumata görə, 30 yaşlı A.F. adlı qadın ilə qayınanası və qayınatası arasında mübahisə baş verib. Mübahisədən sonra tərəflər polisə şikayət ediblər. İddiaya əsasən, A.F. polis bölməsindən çıxdıqdan sonra qayınanası və qayınatası hələ orada olarkən onların evini qəsdən yandırıb.
Binadan yüksələn alovları görən sakinlər dərhal xilasedicilərə məlumat veriblər. Hadisə yerinə yanğınsöndürmə, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın söndürülsə də, mənzilə ciddi ziyan dəyib.
Polis A.F.-nin tutulması üçün əməliyyatlara başlayıb.