Azərbaycan hüquq-mühafizə orqanları prezident ailəsini şantaj etməkdə şübhəli bilinən şəxsi saxlayıb. Aparılan əməliyyat-istintaq tədbirləri zamanı onun mobil telefonunda mühüm sübutlar aşkarlanıb.
Telefonundakı görüntülər 18+ saytlardan götürülüb
Saxlanılan şəxsin telefonunda olan görüntülərin təhlili göstərib ki, onlar 18+ xarakterli saytlardan götürülüb. Kadrda olan isə bu tip saytlarda “Amber Lulu” ləqəbi ilə tanınan qadındır. Onun əsl adı və yaşadığı ünvan istintaqa məlumdur.
Kampaniya böyük yalan üzərində qurulub
Başqa sözlə, Aylona Əliyevaya qarşı aparılan bütün kampaniya böyük yalan üzərində qurulub. Bunu kampaniyanın təşkilatçıları, özlərini bloqqer adlandıranlar, əlbəttə ki, bilirlər. Amma bu işdə hələ də bir sıra qaranlıq məqamlar qalır.