Siqaret qaçaqmalçılığında ittiham edilən polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti məhkəmə qərarı ilə uzadılıb.
Prokurorun təqdimatını əsas götürən məhkəmə, Z.Gülməmmədovun həbs müddətinin daha 3 ay artırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Zaur Gülməmmədov cinayət baş verən zaman Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində şöbə rəisi vəzifəsində çalışıb. O, təqaüdə çıxdıqdan 4 ay sonra həbs olunub.