Texnologiya müəllimi Pərvanə Abbasovanın qətlinin bəzi təfərrüatları məlum olub.
Həmkarlarının sözlərinə görə, 1990-cı il təvəllüdlü Pərvanə Abbasova uzun illərdir ki, əri Vasif Abbasov tərəfindən zorakılığa məruz qalıb.
Onun yoldaşı ilə yollarını ayırmaq istəməsinin səbəbi illərdir davam edən təzyiq, təhqir və təhdidlər olub. Pərvanə müəllim övladları ilə təhdid olunaraq, saatlarla evdə dustaq saxlanılıb.
Bildirilir ki, gənc qadın dəfələrlə uşaqları vasitəsilə təhdid edilib. 36 yaşlı Pərvanənin ayrılmaq qərarını öyrənən V.Abbasov onu qətlə yetirib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Vasif Abbasov şübhəli şəxs qismində saxlanılıb, istintaq davam edir.