Türkiyənin Mersin şəhərində dəhşətli bir qətl hadisəsi baş verib. 27 yaşlı əcnəbi qadın, həyat yoldaşı tərəfindən amansızcasına bıçaqlanaraq qətlə yetirilib.
Hadisə yerinə gələn polis qüvvələri şübhəli şəxsi həbs edərək istintaqa başlayıb. Faktla bağlı cinayət işi açılıb, hadisənin təfərrüatları araşdırılır.
Cütlüyün iki azyaşlı övladı olduğu bildirilir. Uşaqlar sosial xidmət orqanları tərəfindən müvəqqəti olaraq himayəyə götürülüb.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.