Türkiyədə şok olay: 27 yaşlı modelyer Ayşegül Eraslan yaşadığı binanın önündə ölü halda tapılıb. İlkin məlumatlara görə, hadisə intihar kimi qiymətləndirilib. Lakin sonradan ortaya çıxan faktlar işin istiqamətini dəyişdirib.
Şübhəli şəxs: Aktyor Sunay Kurtuluş
Ayşegülün ölümündən bir saat əvvəl aktyor Sunay Kurtuluşun onun evinə gəldiyi məlum olub. Polisə ifadə verən aktyor, modelyerlə sosial media vasitəsilə tanış olduğunu və iki dəfə onun evinə getdiyini bildirib. O, sonuncu görüşdə Ayşegülün ona zarafatla şillə vurduğunu və buna sərt reaksiya verdiyini də etiraf edib.
Sunay Kurtuluş kimdir?
Sunay Kurtuluş, Türkiyənin məşhur “Yeraltı” serialında “Adnan” obrazı ilə tanınır.